ABŞ: "Rusiya və Çin rəqib, İran isə düşməndir"

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çin ABŞ-ın rifahını dağıtmağa çalışan ölkələr kimi təqdim edilir. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

“Rusiya və Çin öz iqtisadiyyatlarını daha az azad və ədalətli edib, silahlı qüvvələrini artırmağa, informasiya axınlarını nəzarət altına alıb, öz vətəndaşlarına təzyiq etməyə və təsir zonalarını genişləndirməyə cəhd edirlər. Bundan öncə Amerika administrasiyasının siyasəti fərziyyələrə əsaslanıb. Bu fərziyyələrə əsasən, Rusiya və Çinlə əlaqələr və onların beynəlxalq institutlara cəlb edilməsi onların inanılacaq loyal tərəfdaş edilməsinə səbəb olacaqdı. Böyük ehtimalla bu təxminlər yanlış oldu” – deyə məqalədə qeyd edilib.

Agentlik yeni sənəddə Rusiya və Çinin rəqib, Şimali Koreya, İran və islamçı hərbi qruplaşmaların isə əsas təhdid olaraq göstərildiyini bildirib. Sənəddə həmçinin ABŞ-ın infrastrukturunun kiberhücumlardan müdafiəsinə də xüsusi diqqət ayrılıb. Yeni strategiyada iqlim dəyişikliyi ABŞ milli təhlükəsizliyinə təhdid kimi təqdim edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə