Hindistanın cənub-qərb bölgəsində tüğyan edən “Okha” tropik siklonu nəticəsində 88 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hökuməti açıqlayıb. Məlumata görə, tropik siklon dekabrın ayının ilk həftələrindən başlayıb. Bu müddət ərzində yüzlələr balıqçı itkin düşüb.

Bu müddət ərzində ölkənin Sahil Mühafizəsinin, Hava Qüvvələrinin və Dəniz Donanmasının birgə səyləri nəticəsində 2500 şəxs insanın həyatı xilas edilib. İtkin düşənlər haqqında heç bir məlumat yoxdur.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ölkənin baş naziri sabah ziyan çəkən bölgələrə səfər edəcək siklondan təsirlənən yaşayış məntəqələrinin sakinləri ilə görüşəcək.

Hindistanın təbii fəlakət üzrə Milli idarənin açıqladığı məlumata görə, “Okha” daha çox Tamilnadu şəhərinə ziyan vurub. Zərərin həcmi 27 milyon dollardır. Bundan başqa 4500 ev dağlıb, 10 min evə ciddi ziyan dəyib. Fəlakət nəticəsində ölkənin cənub və cənub-qərbində elektrik enerjisi tamamilə kəsilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə