Suriya ilə sərhəddə tikinti başa çatıb

Türkiyə Suriya ilə sərhəddə sədd tikintisini başa çatdırıb.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, divarların ümumi uzunluğu 828 km təşkil edir.

Tikinti işlərinə 2015-ci ildə başlanılıb. Səddin hündürlüyü 3, eni isə isə 2 metrdir.

Qeyd edək ki, Türkiyə-Suriya sərhədinin ümumi uzunluğu 911 km-dir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə