Ermənistanda tələbələr aclıq aksiyası edirlər

Ermənistanda Yerevan Dövlət Universitetinin tələbələri aclıq aksiyasını bərpa ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu universitetin rektoru Aram Simonyan bildirib. Etiraz aksiyasını “Elmin inkişafı naminə” təşəbbüs hərəkatının üzvləri keçirir.

Tələbələr Ermənistanda “Hərbi xidmət və statusu” haqqında qanuna etiraz edirlər. Bu qanunda təhsillə bağlı hərbi möhləti verilmir. Sənədi dekabrın əvvəlində Ermənistan prezidenti Serj Sarqsyan imzalayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə