Ermənistanda intihar hadisəsi olub

Ermənistanda 43 yaşlı kişi intihar edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ararat vilayətinin Harberd kəndində baş verib. Belə ki, 1974-cü ildə anadan olmuş A.X. adlı şəxsin yaşadığı evdə asılmış vəziyyətdə meyiti tapılıb. Onun meyitini qonşular aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə