Fırtına 30-a yaxın şəxsin həyatına son qoydu

Filippində fırtına nəticəsində 27 nəfər ölüb, 24 nəfər itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qeyri sabit hava ş\raiti nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. İki məktəb dağılıb, şəhərlər arasında əlaqə kəsilib. Fırtına şəhərdə olan əsas körpünün dağılmasına səbəb olub.

Ölkə üzrə 11 min şəxs hava şəraitinə görə limanlarda gözlə şəraitində qalıblar.

Bu gün ölkə başçısı ziyan şəkmiş bölgələrə səfər edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə