Putin Trampa zəng edib, təşəkkür etdi!

Rusiya Prezidenti Vladimir Putin bazar günü axşam saatlarında ABŞ lideri Donald Trampa zəng edib. Putin MKİ-nin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkür edib. Kremlin yaydığı məlumatda telefon zənginin Putinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib.

“Putin bildirib ki, MKİ-dən alınan informasiya terrorçuların izinə düşməyə imkan verib. Putin Trampdan xüsusi təşəkkürünü MKİ direktoruna çatdırmağı da xahiş edib”, - məlumatda qeyd edilib.

Putin Trampla danışığında, həmçinin, Rusiya kəşfiyyatçılarının ABŞ-a qarşı hər hansı təhdid barədə informasiya əldə edəcəkləri təqdirdə dərhal amerikalı həmkarlarını məlumatlandıracaqlarını bildirib. Qeyd edək ki, Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan İŞİD-ə bağlı 5 nəfər yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə