Filippin Prezidenti: "Eynicinslilərin nikahını dəstəkləyirəm"

"Əgər bu, xoşbəxtliyinizi artıracaqsa, deyim ki, eynicinslilərin nikahını dəstəkləyirəm."

Axar.az xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodriqo Duterte LGTB üzvlərinin toplantısında çıxışı zamanı deyib. “Onların nikahına icazə verən qanunu təsdiq edirəm. İşə yaramayan əxlaq anlayışı ilə yaşamaq mənasızdır”, - Duterte bildirib.

Qeyd edək ki, Duterte bir müddət əvvəl eynicinslilərin nikahına yaxşı baxmadığını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə