ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

ABŞ-ın İndiana ştatının cənub-şərq hissəsində birmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

“3 şəxs və 1 it qəza nəticəsində ölüb. Bir it isə sağ qalıb. Təyyarə Missuridən Meriləndə uçurdu”, - deyə bildirilib. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə