ABŞ-dan Suriyaya qarşı daha bir ADDIM

ABŞ təlimatçıları Suriya hökumət qüvvələrinə qarşı yeni silahlı birləşmələr hazırlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, Amerika tərəfinin "İslam dövləti" terror qruplaşmasının məhv edilməsi ilə bağlı öhdəliyinə baxmayaraq, beynəlxalq koalisiya terrorçuların qalıqları ilə qarşılıqlı əlaqələrini davam etdirir.

Belə ki, yeni məlumata əsasən Əl -Hasakdəki qaçqın düşərgəsi yaxınlığında Amerika təlimçilərinin rəhbərliyi altında "Yeni Suriya Ordusu" adlı yeni silahlı birləşmələr təlim keçirirlər.

Hazırda orduda 750 döyüşçu cəmlənib, qruplaşmanın əsasını isə 400 terrorçu təşkil edir.

Məlumata görə, Amerika təlimçilərinin təlim kursunun tamamlanmasından sonra yeni formalaşan ordu Suriya hökumət qoşunlarına qarşı döyüşmək üçün Suriyanın cənubuna köçürüləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə