Sarkisyan Təhlükəsizlik Şurasının iclasını çağırıb

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, iclasda Ermənistanda hərbi-sənaye kompleksinin inkişafı müzakirə olunub.

Bundan əlavə Təhlükəsizlik Şurasının iclası zamanı terrorizmlə mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ermənistanın müdafiə nazirinin müavini, Hərbi Sənaye üzrə Dövlət Komitəsinin sədri David Paxçanyan iclas iştirakçılarını bu sahədə tədbirlər, problemlər və görüləcək işlər barədə məlumatlandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə