Erməni məhbus aclıq aksiyasına başlayıb

Ermənistanda "Silahlı qruplaşma" işi üzrə ittiham olunan məhbus Harityun Sarıbekyan (Zim) aclıq aksiyasına başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Sarıbekyanın vəkili Narine Rştuni bildirib.

Onun sözlərinə görə, artıq üçüncü gündür hüquqlarını müdafiə etdiyi Sarıbekyan yemək və su qəbul etmir.

Qeyd edək ki, bu, Saribekyanın aclıq elan etdiyi ilk hal deyil. O, oktyabrda 2 həftə aclıq aksiyası keçirmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə