Suriya ABŞ-dan BMT-yə şikayət edib

Suriya Xarici İşlər Nazirliyi ABŞ koalisiyasının Deyr əz-Zorda mülki şəxsləri bombalaması ilə bağlı BMT-yə şikayət məktubu ünvanlayıb. Bu barədə Suriyanın rəsmi agentliyi SANA məlumat yayıb. “Suriya ordusu və müttəfiqləri İŞİD üzərində tam qələbə qazandığı halda, ABŞ yeni bir cinayətə imza atır. Koalisiya İŞİD-lə mübarizə adı altında terrorçuların təhlükəsiz yerlərə getməsini təmin edir və onları qoruyur”, - məktubda deyilir.

Qeyd edək ki, sonuncu dəfə koalisiyanın Deyr əz-Zorun Şarki kəndini bombalaması və nəticədə 20-dən çox dinc sakinin ölməsi ilə bağlı məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə