İraq hökuməti 38 terrorçunu edam edib

İraq hökuməti terror fəaliyyətində ittiham olunan 38 terrorçunu edam edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi rəsmi açıqlama yayıb: “Terrorizmdə ittiham olunan 38 nəfər barədə hökm icra olunub”.

Qərar ölkə rəhbərliyinin təsdiqindən sonra həyata keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə