ABŞ-ın vitse-prezidentinin səfəri təxirə alınıb

ABŞ-ın vitse-prezidenti Maykl Pens prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarının ardından Yaxın Şərq ətrafında cərəyan edən gərginlik səbəbindən İsrailə səfərini təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Maykl Pensin dekabrın 18-də Knessetdə (İsrail parlamenti) planlaşdırılan çıxışı təxirə salınıb.

İsrailin Xarici İşlər Nazirliyindəki mənbənin məlumatına əsasən, onlar ABŞ-ın vitse-prezidentinin ölkəyə dekabrın 20-də səfər edəcəyini gözləyirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə