İranda növbəti zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 4 bal gücündə, İranın Şiraz şəhərindən 476 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə