Mahmud Abbas: "ABŞ-ın özü-özünə zidd davrandığını görürük"

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımasından sonra ilk açıqlamalar yayılıb. Axar.az xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas İstanbulda keçirilən sammiti uğurlu hesab edib.

"Bu zirvə görüşünə Ərdoğanın dəvəti ilə gəlmişik. Mən bu sammiti uğurla nəticələnmiş İslami zirvələrdən biri kimi görürəm. Mövzumuz çox həssas bir məsələdir. ABŞ-ın əslində özü-özünə zidd davrandığını görürük. Onsuz da ABŞ-ın qəbul etdiyi qərarlar var. Fələstin məsələsi həll olunmadan səfirlik Qüdsə heç bir şəkildə köçürülməyəcək. Bu səbəbə görə də bu qərar beynəlxalq konvensiyalara ziddir", - Abbas qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə