İƏT-in baş katibi Fələstini tanımağa çağırdı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Useymun Türkiyədə Qüdslə bağlı keçirilən fövqəladə sammitdə çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş katib çıxışında BMT tərəfindən qəbul edilən qərarlara hörmətlə yanaşmağı, işğalçı İsrail güclərinin Qüdsdən uzaq durmasının vacibliyini söyləyib: "Burada toplaşmağımızın məqsədi müqəddəs torpaqlarımızda işğal və zorakılığın dayandırılmasıdır".

İƏT-in Baş katibi indiyə qədər Fələstini tanımayan ölkələri tanımağa dəvət edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə