İranda zəlzələ baş verib,18 nəfər yaralanıb (TƏCİLİ)

İranda 6.1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Baş verən zəlzələ zamanı 18 nəfərin yaralandığı bildirilib. Bir neçə kənddə evlərə ciddi ziyan dəyib və infrastruktur dağılıb.

Qeyd edək ki, dünən də İran-İraq sərhədində 5.6 bal gücündə zəlzələ baş vermişdi. Noyabr ayında isə İranda baş vermiş 7.2 bal gücündə yeraltı təkanlar nəticəsində 620 nəfər həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə