Ukraynada əlverişsiz hava şəraiti ilə əlaqədar 30 qəsəbə elektrik enerjisiz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, güclü qar nəticəsində 3 bölgənin 29 qəsəbəsində elektrik verilişi dayandırılıb. Belə ki, Kiyevdə 6, Çerkassidə 19, Luqanskda isə 4 qəsəbə işıqsız qalıb.

Elektrik təchizatının bərpa edilməsi üçün əraziyə briqadalar cəlb olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə