Hulusi Akar ABŞ generalları ilə görüşəcək

Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar dekabrın 14-də Ankarada ABŞ generalları ilə görüşəcək. Axar.az xəbər verir ki, bu barədə türk ordusunun baş qərargahından informasiya yayılıb.

Məlumata görə, ABŞ generalları ilə yanaşı İraq ordusunun Baş Qərargah rəisi Osman Qaniminin də iştirak edəcəyi iclasda bölgədəki təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə