Nyu-Yorkda partlayış törədənin fotosu yayılıb

“New York Daily News” qəzeti Nyu-Yorkda partlayıcı qurğunu işə salan 27 yaşlı Banqladeş vətəndaşı Akayed Ullahın fotosunu yayıb. APA-nın xəbərinə görə, bundan əvvəl polis Manhettendə avtobus terminalında törədilən partlayışı terrorla əlaqələndirib. Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

Bütün xəbərlər Facebook səhifəmizdə