Bu gün Nyu-Yorkun hakimiyyət orqanları Manhettenin mərkəzində, liman rayonunda partlayış barədə məlumat veriblər. Şəhər administrasiyası nümayəndələrinin sözlərinə görə, partlayış 42-ci küçə ilə 8-ci avenyunun kəsişdiyi yerin yaxınlığında baş verib. Hazırda bir neçə təcili yardım maşını hadisə yerindədir.

Partlayışın səbəbi hələlik məlum deyil. Nyu-York polisinin “Twitter” səhifəsindəki məlumata görə, A, C və E qatarları evakuasiya edilib. Manhetten Yanğınsöndürmə Xidmətindən bildiriblər ki, partlayış barədə məlumat yerli vaxtla səhər saat 7:19-da daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə