Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb. Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə