Bu gün İndoneziyanın paytaxtı Jakarta şəhərində yerləşən Birləşmiş Ştatların səfirliyi qarşısına ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı etiraz aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyaya 6 minə yaxın nümayişçi qatılıb və ABŞ prezidentin Qüdslə bağlı qərarına sərt etiraz edilib. Fələstin və İndoneziya bayraqları və Qüdsü dəstəkləyən plakatlar daşıyan nümayişçilər "Fələstinin azad olunmasına" çağıran şüarlar səsləndiriblər. Aksiya yerli "Ədalət və çiçəklənmə" partiyası tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə