Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib

Fələstin lideri Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Mayk Penslə regiona səfəri zamanı görüşməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki danışıb.

Nazir İsraillə Fələstin arasındakı münaqişədə həll yolu tapmağa kömək edə biləcək ərəb ölkələri və dünya ictimaiyyəti arasından yeni vasitəçi tapacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə