Abadi açıqladı: "İraq torpaqları İŞİD-dən tam azad olundu"

İraqın Baş naziri Heydər əl-Abadi İŞİD terror qruplaşması ilə müharibənin zəfərlə sona çatdığını, ölkənin bütün ərazisində dövlət bayraqlarının asıldığını elan edib.

Xarici KİV-lərin yaydığı məlumata görə, Baş nazirin sözlərinə görə, hökumət qüvvələri İraq-Suriya sərhəd üzərində nəzarəti tam bərpa edib və bununla da İŞİD-ə qarşı müharibə yekunlaşıb.

Xatırladaq ki, 2014-cü ildə qruplaşma İraqın ikinci ən böyük şəhəri Mosul da daxil olmaqla, ölkədə bir çox əraziləri ələ keçirmişdi. 2017-ci ildə bu şəhər azad olunmuş, sonradan digər ərazilərin terrorçulardan təmizlənməsi üçün əməliyyatlara başlanılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə