Müsəlmanlar ABŞ-a qarşı birləşir

ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması islam dünyasında fırtınaya səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Fələstində bu gün ümumi tətil keçiriləcək, bu sırada aparıcı yerli siyasi qüvvələr - Fəth və Həmas hərəkatları birləşəcək. Ərəb əhalisi şəhərin müstəqil olmasını iddia edir. Müsəlman aləmi də bu iddanı dəstəkləyir. İran, İordaniya, Suriya, Səudiyyə Ərəbistanı, ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasını fələstinlilərin hüquqlarının və BMT Təhlükəsizlik Şurasının 1947-ci ildə qəbul etdiyi qətnamənin pozulduğunu açıqlayıblar. Bildirilib ki, Vaşinqtonun bu istiqamətdə atdığı diplomatik addımlar ABŞ-la Yaxın Şərqi üz-üzə qoyur.

Həmas İslam Hərəkatı dekabrın 8-ni "qəzəb günü" adlandırıb. Trump "cəhənnəm qapılarını" açmaqla ittiham olunur. Vaşinqton Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbasın kifayət qədər sərt fikirlərini qəti şəkildə qınayıb.

Siyasətçilərin sözlərinə görə, ABŞ prezidenti Fələstin probleminin müzakirəsinə laqeyd yanaşdığını bildirib və artıq məsələnin sülh yolu ilə həllində iştirak etməyəcəyini göstərib.

ABŞ-la razılaşmanın olmaması Avropada da müzakirə olunur. Fransa, Böyük Britaniya, İtaliya, BMT Təhlükəsizlik Şurasına Fələstin problemi ilə əlaqədar fövqəladə toplantı keçirmək tələbi ilə müraciət edib. Daha sonra müraciətə Uruqvay və Misir də qoşulub.

Məlumatlara görə, ABŞ-ın qərarları regionda əsas rəqib olan İran üçün faydalıdır. Çünki, uzun illərdir ki, Tehran Ağ Evin fələstinliləri öz dövlətlərini qurmaq ümidindən məhrum etmək istədiyini bildirir. İranın bu yanaşması onun müsəlman dünyasında nüfuzunun artmasına səbəb ola bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə