Fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma olub

İordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin mərkəzində fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma başlayıb. Bu barədə informasiyanı “Skay Nyus Arabia” yayıb. Televiziya bunun ABŞ Prezidenti Donald Trampın Qüds bəyanatından sonra ilk toqquşma olduğunu bildirib.

Hazırda fələstinlilərlə İsral təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. Qeyd edək ki, bundan öncə Fələstinin paytaxtı Rəmallah şəhərində etiraz aksiyaları keçirilib. Aksiya zamanı ABŞ bayrağı yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə