"Ayağa qalxmaq məcburiyyətindəyik" Həmas liderindən çağırış

Xəbər verildiyi kimi ötən gün ABŞ prezidenti Donald Tramp Yerusəlmi İsrailin paytaxtı kimi tanıdığını açıqladı. Bu addımdan sonra İsrailin baş naziri Netanyahu da Yerusəlimi İsrailin paytaxt olaraq tanıdığını iddia etdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Həmas lideri İsmayıl Haniyə isə çağırış edərək "Sionizm düşmənə qarşı ayağa qalxmaq məcburiyyətindəyik" ifadəsini işlədib.

AFP xəbər agentliyi İsrail ordusunun Qərbi Şəriyəyə ordu göndərdiyini açıqlayıb. İsrail ordusu tərəfindən açıqlanan məlumata görə, hərbi vəziyyət nəzərə alınaraq sözügedən bölgəyə çoxlu sayda batalyon göndərmək qərarı verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə