Ukraynanın Baş naziri Gürcüstandadır

Ukraynanın Baş naziri Vladimir Qroysman noyabrın 26-da Gürcüstana səfərə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səfərdə Ukrayna hökumətinin başçısını bir neçə nazir müşayiət edir.

Vladimir Qroysmanın səfəri çərçivəsində Ukrayna ilə Gürcüstan arasında iki mühüm sənədin imzalanacağı gözlənilir. Keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional təhlükəsizlik, Bakı-Tbilisi-Qars dəmir yolu, “Böyük İpək yolu” layihəsi, beynəlxalq və GUAM çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Ukrayna hökumətinin başçısı Tbilisidə keçiriləcək “İpək yolu” beynəlxalq forumunda da iştirak edəcək, Gürcüstanın bölgələrinə baş çəkəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə