Sergey Şoyqu Suriyanın BMT-dəki nümayəndəsi ilə görüşüb

Rusiya Müdafiə naziri Sergey Şoyqu Suriyanın BMT-dəki daimi nümayəndəsi Stefan de Mistura ilə Moskvada görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Aleksey Fomin məlumat verib.

O, tərəflərin Soçidə təşkil ediləcək Suriya Milli Konqresi ilə bağlı müzakirə apardığını bildirib. Fomin görüşün olduqca konstruktiv və məhsuldar keçdiyini də əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə