Batumidə oteldə güclü yanğın olub, 4 nəfər ölüb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” otelində güclü yanğın olub. Hoteldəki yanğında 4 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

APA-nın məlumatına əsasən, xəstəxanaya çatdırılan şəxslərin arasında xarici vətəndaşlar da var. Hələlik onların hansı ölkə vətəndaşları olduqları məlum deyil. Hadisə yerində olan Batumi şəhərinin meri Laşa Komaxidze deyib ki, hoteldən təxliyə olunmuş insanlar digər hotellərə yerləşdirilir. Onun sözlərinə görə, yanğın zamanı ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə