"ABŞ kürdlərdən Ankaraya qarşı istifadə etmək istədi"

"ABŞ kürdlərdən Dəməşq və Ankaraya qarşı təzyiq üçün istifadə etmək istədi." Axar.az xəbər verir ki, bu sözləri bu sözləri Rusiya Elmlər Akademiyası Ərəb və İslam Tədqiqatları İnstitutunun nümayəndəsi Boris Dolqov bildirib.

Dolqov vurğulayıb ki, Vaşinqton İŞİD-in məğlub edilməsindən sonra da Suriyada qüvvələrini saxlamaq üçün ölkənin şimalında Dəməşqdən ayrı bir hakimiyyət yaratmaq istəyir. Dolqov ABŞ-ın Suriyada qalmaq planını daha əvvəl də bildirdiyini və bunun bir sirr olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə