Tiflis meri maaşını xeyriyyəçiliyə yönəldəcək

Tiflis meri Kaxa Kaladze maaşını xeyriyyəçiliyə yönəldəcək. Bu barədə informasiyanı “Novosti Qruziya” saytı yayıb. Sayt merin maaşının 3180 lari (təxminən 1200 dollar) təşkil etdiyini bildirib.

Qeyd edək ki, mer vəzifəsindən əvvəl Kaxa Kaladze energetika naziri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2012-ci ildə təyin olunmuşdu və nazir maaşından da imtina etmişdi.

Kaxa Kaladze Gürcüstanın varlı adamlarından biridir. Onun sərvəti təxminən 9,6 milyon dollar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə