Misirdə terror hadisəsi zamanı ölənlərin sayı 155 nəfərə çatıb

Misirdə məsciddə törədilən terror hadisəsi nəticəsində ölənnlərin sayı 155 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yaralıların sayının 120 nəfərdən çox olduğu deyilir.

Er-Road məscidi Misirin ən böyük məscidlərindən sayılır. Məscid Misirin El-Arış bölgəsində bir neçə kəndi özündə birləşdirən beynəlxalq avtomobil yolunun ərazisində yerləşir. Məscidə yüzlərlə insan toplaşır.

Terrorçular məsciddə insanların dua etdikləri vaxtda partlayış törədiblər. Daha sonra onlar qaçan insanlara güllə ilə atəş açmağa başlayıblar. Məlumata görə, hətta onlar təcili yardım maşınlarını atəşə tutublar.

Yaralıların arasında uşaqların sayının çox olduğu deyilir.

Müəllif: Nailə Məhərrəmova
loading...