İran növbəti dəfə silkələndi 36 yaralı var

Bu gün İranın qərbində zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 36 nəfər xəsarət alıb. Məlumata görə, yeraltı təkan 4,3 bal gücündə, 10 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ bir neçə yaşayış evinə təsirsiz ötüşməyib.

Deyilənlərə görə, insanlar evləri tərk etmək istəyərkən yaralanıblar. Xəsarət alanlar xəstəxanalara çatdırılıb və yalnız 2 nəfər həkim nəzarətində saxlanılıb. Digərləri müayinələrdən sonra evə buraxılıblar.

Xatırladaq ki, bir neçə gün bundan öncə İranın Kirmənşah vilayətində 7.2 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Hadisə nəticəsində 400 nəfər həyatını itirmişdi. Yeraltı təkanlar region ölkələri ilə yanaşı, İsrail və Küveytdə də hiss olunmuşdu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə