Yaponiya sahillərində Şimali Koreya vətəndaşları saxlanılıb

Yaponiyanın şimal-qərbində yerləşən Akita prefekturası polisinin verdiyi məlumata görə, sahilə yan alan taxta şxunda olan səkkiz nəfər vətəndaşlığı məlum olmayan kişi saxlanılıb. NHK telekanalı bildirir ki, həmin şəxslər Şimali Koreya vətəndaşları olduqlarını bildiriblər.

Eyni zamanda, dalğaqıranların yaxınlığında 20 metr uzunluğunda qayıq da aşkar edilib.

İctimai Təhlükəsizliyin Təmin Olunması Üzrə Dövlət Komitəsinin sədri Haçiro Okonoqinin bildirdiyinə görə, əldə edilən məlumatlar dənizdə balıq tutan həmin şəxslərin qayıqda baş verən nasazlıq nəticəsində sahilə yaxınlaşdığını təsdiq edir.

H.Okonoqi deyib ki, polis tərəfindən saxlanılan həmin şəxslərlə hazırda sorğu-sual aparılır. Məsələ aydınlaşdıqdan sonra onlarla qanuna müvafiq şəkildə rəftar olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə