Myanma müsəlmanları öz yerlərinə qaytarır MÜQAVİLƏ

Myanma və Banqladeş arasında müsəlman rohincaların tezliklə geri qayıdışı ilə bağlı müqavilə imzalanıb. NHK telekanalı xəbər verir ki, müqavilə noyabrın 23-də Neypidoda Myanmanın lideri Aun San Su Çjin ilə Banqladeşin xarici işlər naziri Abul Hassan Mahmud Əli arasında imzalanıb.

Banqladeşin danışıqlarda iştirak edən nümayəndəsi bildirib ki, müqaviləyə əsasən iki tərəfin iştirakı ilə yaradılacaq birgə işçi qrup növbəti iki ay ərzində repatriasiya proseduruna başlayacaq.

Əlavə olaraq qeyd edilib ki, müqavilədə prosesin başa çatması müddəti göstərilməyib. Buna görə də onun müsəlman rohincaların problemini tam həll edəcəyini söyləmək çətindir.

BMT-nin qiymətləndirməsinə görə, avqust ayının sonlarında Rakhyan ştatında hökumət qüvvələri ilə rohincaların silahlı dəstələri arasında baş verən toqquşma nəticəsində Myanmadan Banqladeşə 620 mindən çox müsəlman rohinca qaçıb.

Bütün xəbərlər Facebook səhifəmizdə