ABŞ-da 20 yaşlı tələbə həbs edilib

ABŞ-ın Arkanzas ştatının Saylom-Sprinqs şəhər polisi Corc Braun adına universitetdə partlayış törətməyə hazırlıqda şübhəli bilinən 20 yaşlı tələbə Timati Konstantini saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gənc hüquq-mühafizə orqanlarıının əməkdaşlarına kiçik partlayıcı qurğuları yığdığını etiraf edib. Polisin məlumatına görə, tələbə pirotexnikadan və döyüş sursatlarından çıxarılmış kiçik borulardan, barıtdan istifadə edib.

Polis axtarışlar zamanı otaqda odlu silah, o cümlədən "AK-74" avtomatı, həmçinin döyüş sursatı tapıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə