Nigeriyada gizli laboratoriya məhv edilib

Nigeriyada Hərbi Hava qüvvələri şimal-şərqində Borno ştatında "Boko Haram" ekstremist qruplaşmasına məxsus olan partlayıcı maddə istehsalı üzrə gizli laboratoriyanı məhv edib. TASS-ın xəbərində deyilir ki, bu haqda ölkənin müdafiə nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, əməliyyat çərçivəsində, hava hücumundan sonra qaçmağa cəhd edən bir neçə terrorçu məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə