Türk nazir: "Kiberhücumlarla qarşılaşırıq"

"15 iyuldan bəri sistemli şəkildə kiberhücumlarla qarşılaşırıq." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Barat Albayraq konfrasda çıxışı zamanı deyib.

“Dünyanın bir çox nöqtələrindən hücumlarla qarşılaşırıq. Mədənlərlə bağlı ciddi xəbərlər gəlir. Demək ki, bəzilərini narahat edir. Daha əvvəl elektrik kəsilmələrinə səbəb olan kibertəxribatlar yenə də davam edir. Xüsusilə 2015-ci ildə bununla bağlı ciddi hücumların hazırlandığı xəbərini aldıq. O gündən həmin kanallar tək-tək müəyyən edildi və qarşısı alındı”, - nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə