Əfqanıstanda Gürcüstanın üç hərbçisi yaralanıb

Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb. APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.

Qeyd edək ki, gürcü hərbçilərindən ibarət batalyon Əfqanıstanda ABŞ-ın “Qəti dəstək” adlı missiyasını həyata keçirir. Batalyonun əsas vəzifəsi Baqram aviasiya bazasının təhlükəsizliyini təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə