Prezidentlər arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib. “Danışıq başa çatıb, mətbuat üçün məlumat təqdim ediləcək”, - deyə Ağ Evin nümayəndəsi bildirib.

KİV-lərin məlumatına görə, Suriya, İran, KXDR və Ukraynaya dair məsələlər danışıqların əsas mövzusu olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə