Zimbabve prezidenti Robert Muqabe istefaya gedib. Trend-in məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri məlumat verib. O, deyib ki, Muqabe parlamentin impiçment qərarından sonra bu addımı atıb.

Qeyd edək ki, bir qədər əvvəl Zimbabve parlamenti prezident Robert Muqabeyə impiçment elan edib.

Prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib. Xatırladaq ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə