Tacikistanda yol qəzası olub, 6 nəfər ölüb

Tacikistanın Xatlon vilayətinin Xavalin rayonunun Oliçadara kəndi yaxınlığında “UАZ-31512” avtomobilinin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub. Ölkə mətbuatının verdiyi məlumata görə, sürücü dağlıq yolda idarəetməni itirib və dərin yarğana düşüb.

Ölənlərin hamısı Xavalin rayonunun sakinləridir. Hadisə ilə bağlı istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə