Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə yerli TV360 Nigeria onlayn-telekanalı məlumat yayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, insident Mubi şəhərində baş verib. Partlayıcı qurğunun terrorçu-kamikadze tərəfindən işə salındığı bildirilir.

Xəstəxanalara yerləşdirilən yaralıların sayı barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə