FES rəhbəri Trampa məktub yazıb istefa verdi

Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Janet Yellen xələfi Cerom Pauelin and içməsinə uyğun olaraq İdarə Heyətinin tərkibindən istefa verib. Axar.az xəbər verir ki, Yellenin istefa məktubu dünən axşam prezident Donald Trampa təqdim edilib.

“Cənab prezident xələfimin and içməsindən sonra sizə istefa məktubumu yazıram. FES-ə 30 il boyunca xidmət etmək mənim üçün böyük şərəf və qürur mənbəyi idi”, - Yellen məktubunda bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FES) başçısı postuna bu ayın əvvəllərində Cerom Pauelin namizədliyini irəli sürmüşdü. Onun namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonar Pauel gələn ilin fevralından vəzifəsinin icrasına başlaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə