ABŞ-da fabrikdə partlayış olub, 75 nəfər yaralanıb

ABŞ-ın Nyu-York ştatında Verla International kosmetik fabrikində baş verən partlayış nətcəsində 75 nəfər xəsarət alıb. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, yaxınlıqda yerləşən bütün yanğınsöndürənlər həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Yerli sakinlərə evdəki pəncərələri bağlamaq tövsiyyə olunub. Verla International şirkəti Nyu-Vindzor şəhərində yerləşir və dırnaq boyaları, losyon, ətir və digər kosmetik məhsullar istehsal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə