"İsveçrə islam dinini rəsmi dinlərindən biri kimi tanımalıdır"

"İsveçrə islam dinini ölkənin rəsmi dinlərindən biri kimi tanımalıdır." Bu barədə jurnalistlərə açıqlamasında İsveçrənin Sosial Demokrat Partiyasının rəhbəri Kristian Levra söyləyib.

“Bu gün İsveçrədə təxminən 240 məscid var. İsveçrədə 400 min müsəlman yaşayır. Onlardan 160 mini İsveçrə pasportuna sahibdir. Bizim ölkədə islam mövcuddur. Bu dini rəsmi din kimi hələ keçən ilin avqust ayında tanımaq lazım idi. İslam rəsmi dini hərəkat olaraq tanınsa, dini təhsilin və din xadimlərinin maliyyələşdirilməsi, xaricdən gələn ekstremistlər deyil, İsveçrə tərəfindən həyata keçiriləcək" – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə